800px-Ulu_körpü.jpg

ULU KÖRPÜ

Qax rayonu ərazisində yerləşən orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidəsi. Körpü İlisu kəndinə gedən yolda Kürmükçayın üzərində salınmışdır. İnşa tarixi XVIII əsrə aid edilir.

SUMUQ QALA

Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur.

Sumuq_Qala_25.jpg
Albanian_church_in_Gakh.jpg

KÜRMÜK MƏBƏDİ 

Azərbaycanın qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə çar rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .

QUM BAZİLİKASI

Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üç mərtəbəli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır.

Qum_məbədi3.JPG
unnamed.jpg

QALA BÜRCÜ 

Uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə.

İÇƏRİBAZAR 

Qax şəhərinin mərkəzində yerləşir. XVIII əsrin I yarısında inşa olunmuş, XIX əsrdə ruslar tərəfindən təmir edilmişdir. Əvvəllər xalq arasında içəribazar adlanan məhəlləni əhatə edən qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. 

34409976845_ae4163f229_b.jpg
e94bc3d4474f90319c85e4ff50862469.jpeg

TARİX-DİYARŞÜNASLIQ MUZEYİ

Otuz ildən artıqdır ki, fəaliyyət göstərən qax rayon tarixdiyarşünaslıq muzeyi öz zəngin fondu ilə başqalarından seçilir.Hazırda muzeydə qax rayonunun 5 min illik tarixindən soraq verən, tarixi və elmi əhəmiyyətə malik 11 mindən artıq eksponat, əşya mühafizə, tədqiq və təbliğ olunur.

ULU MƏSCİD

Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tariximemarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır.

1200px-Ulu_məscid.jpg
Şəki_xan_sarayı.jpg

Xan Sarayı

Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars stilində inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.

Alban kilsəsi

Yalnız Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində ən qədim xristian kilsələrindən biri Şəki bölgəsindəki Kiş kəndində yerləşir.
Kiş kəndindəki möhtəşəm şəkildə bərpa olunan Alban kilsəsi xüsusi qayğı ilə təqdim olunan üçdilli muzeyə çevrildi. Bir vaxtlar şimali Azərbaycanın əksər hissəsini əhatə edən xristian xalqı olan sirli Qafqaz Albaniyası haqqında ən geniş məlumatı burada əldə edə bilərsiniz.
Kilsənin inşası təxminən 12-ci əsrə (e.ə. 990-1160 illər) aiddir.

Kishchurchsideview.JPG
Caravanserai_Hotel.jpg

Karvansaray

Şəkidəki "Karvansaray" tarixi kompleksi günümüzə çatan və ənənəvi olaraq "Yuxarı" və "Aşağı" karvansaraylarını adlandıran iki möhtəşəm karvansaraydır. Bu karvansarayların inşası eramızın 18-19-cu əsrlərinə təsadüf edir.

Mamırlı şəlalə

Qax rayonunun Ləkit - Kötüklü kəndində, sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Ləkit və Kötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar.

s600.webp

Heydar Aliyev Avenue,         |  +994 24 255 52 02
Qakh, Azerbaijan, AZ3400  |  +994
70 445 52 02

                                                  

Managed by ULU Hospitality Group